...

"Donuz qripi"nə yoluxan azərbaycanlı yeniyetmənin vəziyyəti yaxşılaşır - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2009 12:40 (UTC +04:00)
"İyulun 29-da Böyük Britaniyadan Bakıya gələn və "donuz qripi" (A/H1/N1) virusuna yoluxan azərbaycanlı yeniyetmənin vəziyyəti yaxşılaşır", - deyə şənbə günü Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
"Donuz qripi"nə yoluxan azərbaycanlı yeniyetmənin vəziyyəti yaxşılaşır - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir E.İsmayılov /

"İyulun 29-da Böyük Britaniyadan Bakıya gələn və "donuz qripi" (A/H1/N1) virusuna yoluxan azərbaycanlı yeniyetmənin vəziyyəti yaxşılaşır", - deyə şənbə günü Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

"Xəstənin hazırda vəziyyəti qənaətbəxşdir və o, müalicə alır. Xəstənin xəstəxanadan buraxılma müddəti barədə danışmaq hələ çətindir", - deyə Qədirli bildirib.

Səhiyyə Nazirliyi Azərbaycanda "donuz qripi"nə yoluxma üzrə iki fakt aşkar edib. İyulun 27-də Parisdən qayıdan 43 yaşlı qadın iyulun 29-da "donuz qripi" simptomları ilə tibb məntəqəsinə müraciət edib, artıq müalicə kursu keçib və xəstəxanadan buraxılıb. "Xəstə müailəcə olunub və hazırda heç bir təhlükə yoxdur", - deyə Qədirli bildirib.

İyulun 29-da Bakı aeroportunda "termosensor" qurğusu vasitəsilə Böyük Britaniyadan gələn Azərbaycan vətəndaşında hərarətin yüksək olması aşkarlanıb.

Xəstələrlə ünsiyyətdə olan bütün şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı monitorinqlər bir həftə ərzində həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti