...

Azərbaycanın Dövlət Gömrük Komitəsi "donuz qripi" virusu səbəbindən gücləndirilmiş iş rejiminə keçib - DGK-nın sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2009 15:31 (UTC +04:00)
Azərbaycanın Dövlət Gömrük Komitəsi "donuz qripi" profilaktikası səbəbindən gücləndirilmiş iş rejiminə keçib. Bu barədə çərşənbə günü jurnalistlərə komitə sədri Aydın Əliyev bildirib.
Azərbaycanın Dövlət Gömrük Komitəsi "donuz qripi" virusu səbəbindən gücləndirilmiş iş rejiminə keçib - DGK-nın sədri

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) "donuz qripi" profilaktikası səbəbindən gücləndirilmiş iş rejiminə keçib. Bu barədə çərşənbə günü jurnalistlərə komitə sədri Aydın Əliyev bildirib.

"Komitə qripin bu növünün profilaktikası üçün bütün müvafiq ədəbiyyatı, normativ sənədləri əldə edib və biz Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edirik", - Əliyev deyib.

Onun sözlərinə görə, DGK-nın nəzarət-buraxılış məntəqələrində həkimlər gecə-gündüz işləyir.

Əliyevin dediyi kimi, "donuz qripi" profilaktikası məqsədilə komitə Bakı aeroportunda xüsusi avadanlıq - Thermo vision quraşdırıb. Sözügedən avadanlıq insan bədəninin hərarətini müəyyən edir.

"Donuz qripi" demək olar ki, bütün dünyanın probleminə çevrilib və bu məqsədlə DGK növbəti həftə sözügedən avadanlıqların daha 10 növünün alınması, Gəncə aeroportunda və ölkənin digər nəzarət-buraxılış məntəqələrində quraşdırılması niyyətindədir.

Əliyev həmçinin əlavə edib ki, artıq bir neçə aydır ki, DGK sərnişinlərin səhhətinin bəyannaməsi sistemini tətbiq edir.

Virusun yüksək səviyyəsinə yoluxan şəxslərin ölkəyə girşinə və çıxışına mümkün qadağa qoyulmasına gəldikdə isə, Əliyev bildirib ki, hazırda tibb elmi çox inkişaf edib, profilaktika və bir çox virusların tez bir zamanda müalicəsi üçün bir sıra tədbirlər işlənib hazırlanıb və sərhədləri bağlamağa ehtiyac yoxdur.

İndiyədək Azərbaycanda A/H1N1 virusuna 14 yoluxma halı qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti