...

Türkmənistanın xarici borcu yoxdur - Prezident Berdiməhəmmədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2009 12:19 (UTC +04:00)
Türkmənistan xarici borcu olmayan ölkələr arasındadır, əksinə, bir sıra dövlətlər tədarük edilən Türkmənistan qazına görə bizə borcludurar. Bu barədə Qurbanqulu Berdiməhəmmədov bu gün Türkmənistan KİV-də dərc edilən nitqində deyib.
Türkmənistanın xarici borcu yoxdur - Prezident Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 27 noyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan xarici borcu olmayan ölkələr arasındadır, əksinə, bir sıra dövlətlər tədarük edilən Türkmənistan qazına görə bizə borcludurar. Bu barədə Qurbanqulu Berdiməhəmmədov bu gün Türkmənistan KİV-də dərc edilən nitqində deyib.

Türkmənistan təsdiq olunmuş qaz ehtiyatlarına görə dördlüyə daxildir. Müstəqil auditlərin proqnozlarına əsasən, təkcə bir yatağın - "Cənubi İolotan" yatağının (ölkənin şərq hissəsində) ehtiyatı 14 trilyon kubmetr həcmində qiymətləndirilir.

Türkmənistan son illər Rusiya və İrana qaz tədarük edib, ilin sonunadək bu siyahıya Çin də əlavə ediləcək. Hindistan və Avropaya tədarük layihələri gözdən keçirilir.

Bu yaxınlarda elan edilmiş Konstitusiya nəşriyyatında ölkənin bazar iqtisadiyyatına keçidi ilə bağlı maddə göstərilib. Berdiməhəmmədovun sözlərinə görə, milli valyutanın denaminasiyası tamamilə vaxtında aparılıb və valyuta fondu yaradılıb. Lakin bu fonddan ehtiyac olmadığı üçün istifadə edilmir.

"Türkmənistan bazarının cəlbediciliyi stabil ictimai-siyasi şəraitə, milli iqtisadiyyatın artımına, milli valyutanın kursunun dəyişməz qalmasına, güclü ehtiyat-xammal bazasına və etibarlı hüquq sisteminə kömək edir", - Türkmənistan rəhbəri öz çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Türkmənistanda işləyən xarici tərəfdaşlara investisiya aktivliyinin artımının stimullaşdırılması məqsədilə vergi, gömrük, viza, sığorta və b. sahələrdə güzəştlər edilir ki, bu da tərəfdaşlıq əlaqələrinin genişlənməsi və uzunmüddətli kapital qoyuluşu üçün əlverişli şərait yaradır.

Berdiməhəmmədov vurğulayıb ki, bu faktlar Beynəlxaql Valyuta Fondunun ekspertlərinin, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatında öz təsdiqini tapıb.

Prezident bu nəhəng maliyyə institutlarının nümayəndələrinin Türkmənistanın gələcək tərəqqisini, investisiya qoyuluşu üçün ən cəlbedici dövlət kimi reytinqinin artacağını proqnozlaşdırmasına diqqət çəkib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti