...

Azərbaycan və Gürcüstan gömrük qanun pozuntuları ilə mübarizə məsələlərinin həll edilməsi üzrə daimi işçi qrup yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2010 16:24 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Nəzarət Departamenti gömrük qanun pozuntulari ilə birgə mübarizənin efektivliyini artırmaq məqsədi ilə 2010-2011-ci illər üçün tədbirlər planı imzalayıb. Bu barədə DGK-nin şənbə günü "Gömrük" nəşriyyatında çap edilmiş məlumatında bildirilir.
Azərbaycan və Gürcüstan gömrük qanun pozuntuları ilə mübarizə məsələlərinin həll edilməsi üzrə daimi işçi qrup yaradacaq

Azərbaycan, Bakı, 13 fevral/ Trend müxbir Ü.İsmayılova

Azərbaycan Dövlət Gömrük Komitəsi və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Nəzarət Departamenti gömrük qanun pozuntulari ilə birgə mübarizənin efektivliyini artırmaq məqsədi ilə 2010-2011-ci illər üçün tədbirlər planı imzalayıb. Bu barədə DGK-nin şənbə günü "Gömrük" nəşriyyatında çap edilmiş məlumatında bildirilir.

Tədbirlər planı Tbilisidə gömrük qanun pozuntulari ilə birgə mübarizə məsələləri üzrə işçi qrupla görüş çərçivəsində imzalanıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Təftiş Şöbəsinin birgə fəaliyyətinin təşkili, sərhəd vasitəsi ilə aksiz məhsulların keçirilməsi haqqında daimi məlumat mübadiləsinin təmin edilməsi gömrük qanun pozuntularəı ilə mübarizə məsələlərinin həlli üçün daimi işçi qrupunun yaradılması tədbirlər planına daxildir. Burada həmçinin narkotik, pixotrop maddələrin və silahların dəmir yolu hava və avtomobil vasitəsi ilə qanunsuz sərhədi keçirilməsi faktlarının üzə çıxarılması üzrə birgə işlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti