...

Azərbaycanda saxlama müddəti ötmüş 260 kq ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2010 17:08 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı ümumi çəkisi 260 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bu gün yayılan məlumatında deyilir.
Azərbaycanda saxlama müddəti ötmüş 260 kq ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı ümumi çəkisi 260 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bu gün yayılan məlumatında deyilir.

Monitorinq Bakının Nərimanov və Yasamal rayonlarında və Abşeron rayonunun Məhəmmədi kəndində keçirilib.

Mağazalardan götürülmüş saxlama müddəti keçmiş ərzaq məhsullarını kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, sular, çay, düyü, uşaq yeməkləri, sirkə və pivə təşkil edir.

Qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcəkdir

Xəbər lenti

Xəbər lenti