...

Azərbaycanda təmin edilməmiş ipoteka istiqrazlarının emissiyasının üçüncü hissəsi tam yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2010 10:19 (UTC +04:00)
Azərbaycanda Ölkənin Mərkəzi bankının nəzdində yerləşən Azərbaycan İpoteka Fondunun 3 milyon manat həcmində sənədsiz, təmin edilməmiş, faizli emissiyasının üçüncü hissəsinin yerləşdirilməsi başa çatıb. Bu barədə AİF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda təmin edilməmiş ipoteka istiqrazlarının emissiyasının üçüncü hissəsi tam yerləşdirilib

Azərbaycan, Bakı, 16 fevral / Trend /

Azərbaycanda Ölkənin Mərkəzi bankının nəzdində yerləşən Azərbaycan İpoteka Fondunun 3 milyon manat həcmində sənədsiz, təmin edilməmiş, faizli emissiyasının üçüncü hissəsinin yerləşdirilməsi başa çatıb. Bu barədə AİF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

4 sərmayədar tərəfindən təqdim edilən sifarişlərin ümumi həcmi nominal üzrə 8,044 milyon manat təşkil edib. Sifarişlər cari qiymətlə təqdim edilib.

Hərraca təqdim edilən istiqrazların ümumi həcmi tamamilə yerləşdirilib. İstiqrazların ödənmə tarixi 11 dekabr 2019-cu ildir.

Bu istiqrazların yerləşdirilməsinə 1 fevral 2010-cu il tarixində başlanılıb və hərraca bu günədək doqquz milyon manat həcmində istiqraz çıxarılıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 30 dekabr 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat təşkil edir.

Fevralın 15-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti