...

Rusiya ilə ticari münasibətlərin bərpa olunması haqqında danışıqlar gündəlikdə deyil - Gürcüstan XİN

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2010 15:11 (UTC +04:00)
Rusiya, Qazaxıstan və Belarus arasında vahid gömrük məkanının yaradılması Gürcüstan-Rusiya ticari münasibətlərini dəyişməyəcək. Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.
Rusiya ilə ticari münasibətlərin bərpa olunması haqqında danışıqlar gündəlikdə deyil - Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 22 mart / Trend , müxbir N.Kirsxaliya/

Rusiya, Qazaxıstan və Belarus arasında vahid gömrük məkanının yaradılması Gürcüstan-Rusiya ticari münasibətlərini dəyişməyəcək. Bunu Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bazar ertəsi ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya ilə xüsusi səviyyədə ticari əlaqələr mümkündür və əgər Rusiya tərəfi maraq göstərərsə, Gürcüstan bu məsələdə müdaxilə etməyəcək. Dövlətlərarası münasibətlərə gəldikdə isə ticari münasibətlərin bərpa edilməsi haqqında danışıqlar gündəlikdə deyil.

"Sözügedən məsələ diplomatik münasibətlər olmayana kimi gündəlikdə durmayacaq", - Kalandadze bildirib.

Rusiya bazarından Gürcüstan çaxırı və "Borjomi"nin çıxarılması imkanlarına gəldikdə isə, onun sözlərinə görə, sözügedən məhsullara Rusiya embarqo tətbiq edib.

"Qərar Moskva tərəfindən birtərəfli şəkildə qəbul edilib və yalnız onun istəyi ilə Gürcüstan məhsullarına qoyulan qadağa götürülə bilər. Gürcüstan hökuməti hesab edir ki, Rusiya, Qazaxıstan və Belarus arasında vahid gömrük məkanının fəaliyyətə başlamasından sonra Gürcüstan məhsulları qadağa qoyulmasına baxmayaraq, hər şeyə rəğmən Rusiya bazarına daxil olacaq", - Kalandadze deyib.

Xəbər lenti

Xəbər lenti