Azərbaycan, Bakı, 26 aprel /Trend/
"Azərsun Holdinq" yeni məhsulu - iki və birrəngli "Şoki Moki" şokolad yağını istehlakçıların ixtiyarına verib. Bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda bildirilir.
"2009-cu ildə Bakı yağ fabrikinin nəzdində Avropanın ən son texnologiyası əsasında hazırlanan şokolad yağının istehsal xətti istismara buraxılıb", - məlumatda deyilir.
Bu sahədə fəaliyyət göstərəcək işçi heyətinin təcrübə keçməsinə şərait yaradılıb və onlar şokolad yağı istehsalı ilə bağlı lazımi nəzəri və praktiki biliklərə yiyələniblər.
"Həm dadlı, həm savadlı" şüarlı "Şoki Moki" xarici istehsallı yağlarla tam rəqabət aparmaq qabiliyyətindədir. İstehlakçılar "Şoki Moki" şokolad yağının iki növünü əldə edə biləcəklər. Həm bir rəngi sevənlər, həm də ağ və qara şokolad həvəskarları bu məhsulda istədiklərini tapacaqlar.
"Şoki Moki"nin bir üstün cəhəti də hədiyyəli olmasıdır. Belə ki, şokolad yağının qapaqları altından heyvanlar aləminə aid oyuncaqlar və onun haqqında kiçik informasiya əldə etmək mümkündür.
Aprelin 24-də "Bizim Market" şəbəkəsində "Şoki Moki"nin təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə "Şoki Moki" pandası marketdə olan uşaqlarla şəkil çəkdirib, onlara hədiyyələr təqdim edib.
Bakı yağ fabriki gündəlik 6 ton (aylıq 150 ton) məhsul istehsal etmək potensialına malikdir. Lakin xətt tam gücü ilə istismara veriləndə bu rəqəmin birrəngli məhsulda gündəlik olaraq 10 ton (aylıq 250 ton), ikirəngli məhsulda isə 12 ton (aylıq 300 ton) olacağı gözlənilir.