...

Azərbaycanda broker fəaliyyətinin həyata keçirilməsi üçün daha bir lisenziya verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2010 17:39 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "ADB Broker" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti ilə məşğul olmaq üçün iyunun 29-da 5 il müddətinə yeni xüsusi lisenziya verilib.
Azərbaycanda broker fəaliyyətinin həyata keçirilməsi üçün daha bir lisenziya verilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "ADB Broker" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti ilə məşğul olmaq üçün iyunun 29-da 5 il müddətinə yeni xüsusi lisenziya verilib. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılan məlumatında deyilir.

ADB Broker DəmirBankın törəmə şirkətidir.

Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.

Xəbər lenti

Xəbər lenti