...

MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 14:57 (UTC +04:00)
Bu il MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatı strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransı keçiriləcək. Konfransın təşkilatçısı MDB-nin Maliyyə-Bank Şurasıdır (MDB MBŞ). MDB MBŞ-in baş direktoru Pavel Nefidov birlik ölkələrinin biznes nümayəndələrini bu əlamətdar konfransda iştiraka dəvət edir.
MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru Bakıda keçiriləcək beynəlxalq konfransa dəvət edir

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Bu il MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatı strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransı keçiriləcək. Konfransın təşkilatçısı MDB-nin Maliyyə-Bank Şurasıdır (MDB MBŞ). MDB MBŞ-in baş direktoru Pavel Nefidov birlik ölkələrinin biznes nümayəndələrini bu əlamətdar konfransda iştiraka dəvət edir.

"Belə konfransın üçüncü dəfə keçirilməsi faktı ondan xəbər verir ki, MDB ölkələrinin iqtisadiyyat, maliyyə və bank birliklərinin hər il Azərbaycan paytaxtında toplaşaraq, maliyyə bazarlarında yaranmış məsələləri, onların beynəlxalq əmək bölgüsündə yeri, eləcə də inteqrasiya proqramlarının həyata keçirilməsi üçün əlavə effektiv alətləri müzakirə etmək üçün yaxşı ənənə yaradılıb", - o deyib. - "Biz bu meydançanın MDB-nin maliyyə struktur birliklərinin yaradılması və uğurlu inkişaf etməsi, horizontal əlaqələrin işlənməsi və müxtəlif inteqrasiya layihələrinin effektivliyinin artırılması üçün mühüm alət olmasından çıxış edirik".

Onun fikrincə, istənilən modernləşdirmə proqramları birlik ölkələri banklarının effektli maliyyə müşayiəti olmadan həyata keçirilə bilməz. "Biz konfransdan MDB ölkələri ərazisində modernləşdirilmiş layihələrin praktik surətdə həyata keçirilməsi üçün zəmin yaranacağını gözləyirik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti