...

Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin qərbində yolların yenidən qurulması üzrə işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 18:08 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Zaqatala royununun Yuxarı Çardaqlar kəndinə gedən yola asfalt örtüyü salınıb.
Azərbaycan Nəqliyyat Nazirliyi ölkənin qərbində yolların yenidən qurulması üzrə işlər aparır

Аzərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən Zaqatala royununun Yuxarı Çardaqlar kəndinə gedən yola asfalt örtüyü salınıb. Bu barədə bazar ertəsi nazirlikdən verilən məlumatda deyilir.

"İşlər rayon sakinlərinin gediş-gəlişini asanlaşdırmaq məqsədilə aparılıb", - məlumatda deyilir.

Yeni yolun uzunluğu 15 kilometr, eni isə 6 metrdir. Həmin ərazidə çayın üzərindəki körpü əsaslı təmir olunub. Sel və digər təbii fəlakətlər zamanı yola heç bir ziyan dəyməməsi üçün çay dib hissəsi də dərinləşdirilib.

Bundan əlavə, Danaçı, Aşağı Çardaqlar istiqamətində yolların yenidən qurulması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti