...

Bakıda keçiriləcək konfransda həmkarlarla şəxsi əlaqələr və fikir mübadiləsi peşəkar mühit yaradır – "Ərazilərin İnkişaf Korporasiyası" DK-nın rəhbəri Yuri Qusev

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 14:45 (UTC +04:00)
MDB-nin Maliyyə-Bank Şurası tərəfindən təşkil edilən forumlar, ənənəvi olaraq, birliyin iqtisadi inkişafının strategiyasının praktik surətdə həyata keçirilməsinin müzakirələri üçün meydança olur; onun alət və mexanizmlərini müəyyənləşdirməyə kömək edir, biznesin hansı vəziyyətdə olmasını və birliyin biznes strukturlarının bir-birinə necə kömək edə biləcəyini anladır. "Ərazilərin İnkişaf Korporasiyası" DK-nın prezidenti, MDB-nin Maliyyə-Bank Şurasının vitse-prezidenti Yuri Qusev belə hesab edir.
Bakıda keçiriləcək konfransda həmkarlarla şəxsi əlaqələr və fikir mübadiləsi peşəkar mühit yaradır – "Ərazilərin İnkişaf Korporasiyası" DK-nın rəhbəri Yuri Qusev

Azərbaycan, Bakı, 31 avqust /Trend/

MDB-nin Maliyyə-Bank Şurası tərəfindən təşkil edilən forumlar, ənənəvi olaraq, birliyin iqtisadi inkişafının strategiyasının praktik surətdə həyata keçirilməsinin müzakirələri üçün meydança olur; onun alət və mexanizmlərini müəyyənləşdirməyə kömək edir, biznesin hansı vəziyyətdə olmasını və birliyin biznes strukturlarının bir-birinə necə kömək edə biləcəyini anladır. "Ərazilərin İnkişaf Korporasiyası" DK-nın prezidenti, MDB-nin Maliyyə-Bank Şurasının vitse-prezidenti Yuri Qusev belə hesab edir.

"Bu mənada, Bakıda keçiriləcək "Maliyyə institutları - MDB iştirakçı dövlətlərin iqtisadiyyatının struktur modernləşdirilməsinin əsası" konfransı istisnalıq təşkil etməyəcək. Mən onun işində hökumət və beynəlxaql inkişaf institutları nümayəndələrinin, birlik, Avropa və Asiya dövlətləri milli (mərkəzi) və böyük bankları rəhbərlərinin iştirakına ümid edirəm", - Qusev deyib.

Onun sözlərinə görə, şübhə yoxdur ki, uzaq məsafədən idarə olunmadan istifadə üzrə müasir texnologiyalar tərəfindən təqdim edilən imkanlar böyük və müxtəlifdir.

"Lakin yalnız həmkarlarla, işgüzar və siyasi elitanın nümayəndələri ilə birbaşa dialoq, şəxsi əlaqələr və fikir mübadiləsi peşəkar mühit yaradır, MDB-də əməkdaşlıq, tərəfdaşlıq yaratmağı çətinləşdirən işgüzar problemlərin həll yollarını axtarıb-tapmağa imkan verir", - Qusev vurğulayıb.

Son vaxtlar ərzində MDB-nin Maliyyə-Bank Şurası MDB dövlətlərinin əməkdaşlığının maliyyə infrastrukturunun təkmilləşdirilməsi, eləcə də birlik ölkələrinin vahid ödəniş məkanının yaradılması və qarşılıqlı investisiyalar üçün şəraitin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanmasında fəal iştirak edir. Bu iş Rusiyanın MDB-də sədrliyi işığında xüsusi əhəmiyyət daşıyır.

"Qarşıdan gələn sammitdə həmkarlarımla birliyin bütün ərazisində qlobal maliyyə məkanının yaradılması, MDB-nin bütün bazarlarını əhatə etməsi üçün güclü drayveri olacaq formalaşdırılan Beynəlxalq Maliyyə Mərkəzinin perspektivlərini müzakirə etmək istərdim", - Qusev qeyd edib.

MDB-nin Maliyyə-Bank Şurası, Azərbaycan Beynəlxalq Bankı MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2010-cu ilin oktyabrın 20-23-də Bakıda MDB ölkələri iştirakçılarının "Maliyyə institutları - MDB iqtisadiyyatının strukturunun modernləşdirilməsinin əsasları" III beynəlxalq Bakı konfransını keçirəcək.

Xəbər lenti

Xəbər lenti