...

Azərbaycanda iyul-avqust ayları ərzində vergi qanunvericiliyinin, demək olar, dörd min dəfə pozulması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2010 14:30 (UTC +04:00)
Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda iyul-avqust ayları ərzində vergi qanunvericiliyinin, demək olar, dörd min dəfə pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir N.İsmayılova/

Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Belə ki, 2010-cu ilin iyul-avqust ayları ərzində keçirilmiş operativ-nəzarət tədbirləri zamanı, 3 933 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu zaman 2 202 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 162 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkar olunub. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1 061 vergi ödəyicisi aşkar edilib, 962 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb edilən fəaliyyət növləri ilə belə, razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyənləşib.

Vergi orqanlarının həyata keçirdiyi operativ-nəzarət tədbirləri zamanı, 237 vergi ödəyicisində 365 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 192 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markaların tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 178 vergi ödəyicisində 6 515.92 manat dəyərində 418 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Sentyabrın 6-na rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti