...

Azərbaycanda Belarus istehsalı olan 42 tondan çox keyfiyyətsiz duz satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 14:41 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə, duz istehsalçısı və idxalçısı "Hikmət" MMC-yə qarşı iş qaldırılıb. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycanda Belarus istehsalı olan 42 tondan çox  keyfiyyətsiz duz satışdan çıxarılıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə, duz istehsalçısı və idxalçısı "Hikmət" MMC-yə qarşı iş qaldırılıb. Bu barədə cümə axşamı nazirlikdən verilən məlumatda deyilir.

Dövlət Xidmətində işə baxılmış və Belarusun "Mozırsol" ASC-də istehsal edilmiş "Zolotoy Zubr" və "Polesye" adlı 42,2 ton xörək duzunun tərkibində yodun miqdarı, pH-ı və nəmliyi normativ sənədlərin tələblərinə uyğun olmadığı üçün, qida məhsulu kimi satışının qadağan edilməsi, üzərində istehlakçıları çaşdıran məlumatlar olan 76,5 min ədəd polietilen və 549,2 min ədəd kağız qablaşdırma materiallarının məhv edilməsi, həmçinin, üzərində Azərbaycan dilində müvafiq məlumatlar olmayan 28,4 ton duzun markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə müəssisəyə icrası məcburi göstəriş verilmişdir.

Xəbər lenti

Xəbər lenti