...

Bakıda "Kuba siqar evi" açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2010 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Cümə günü Bakıda "Kuba siqar evi" açılıb. Ticarət obyekti Babək prospektində fəaliyyət göstərəcək. Bu Kubadan bilavasitə gətirilən məhsullarla təmin olunacaq ilk xüsusi siqar dükanıdır.

"Bakıda "Kuba siqar evinin" açılışı Kuba ilə daha yaxın tanışlıq üçün yaxşı imkan yaradacaq", - Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres bildirib.

Kubada tütün manufakturalarının inkişafı 1817-ci ildə İspaniya administrasiyasının tütün inhisarçılığının ləğv edilməsindən sonra başlayıb. 1889-cu ildə adada müəssisələrin sayı 1300-ə çatıb. Həmin müəssisələrdə 800 markalı - bütün zövqlər üçün - siqarlar hazırlanıb.

Kuba bu gün də ən yaxşı tütün istehsalçısı adını və ənənələrini qoruyub saxlayır. Bu mədəniyyət ölkənin 14 əyalətindən 13-də inkişaf edib, lakin məhsulun 70%-i qərb əyaləti Pinar-del-Rioda yığılır.

Ən məşhur siqar növləri - Cohiba, Cohiba, Partagas, Montecristo, H.Upmann, Romeo & Julieta, Hoyo de Monterrey, Punch.

Azərbaycanda Kuba siqarları ilə ticarət hüququnu rəsmi şəkildə "Cahan Holdinq" alıb.

Xəbər lenti

Xəbər lenti