...

Azərbaycan Maliyyə Nazirliyi sığorta şirkətlərinin kapitalına tələbləri aşağı salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Maliyyə Nazirliyi noyabrın 29-da kollegiya iclası zamanı sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşmasına olan minimum tələblərə dəyişikliklər edib. Bu barədə cümə axşamı Dövlət Sığorta Nəzarət Xidmətindən məlumat verilib.

Yekun cədvəldə kapitallaşma üzrə minimum tələblər göstərilib:

Minimum kapital tələbinin təminat müddəti

Sığorta şirkətinin kapitalının minimum səviyyəsi

Təkrar sığorta şirkətinin kapitalının minimum səviyyəsi

1 yanvar, 2011-ci il

3 milyon manat

6 milyon manat

1 yanvar, 2012-ci il

4 milyon manat

8 milyon manat

1 yanvar, 2013-cü il

5 milyon manat

10 milyon manat

Sığorta və təkrar sığorta şirkətlərinin kapitalına olan minimum tələb haqqında qərarın qəbul olunması zamanı dünya maliyyə böhranının biznes sığorta və təkrar sığorta şirkətlərinə təsiri nəzərə alınıb, ölkənin sığorta bazarının inkişaf dinamikasına təsir təhlil edilib.

2008-ci il iyulun 31-də Azərbaycan Maliyyə Nazirliyinin ötən qərarına əsasən, sığortaçı kapitalına minimum tələb 2011-ci il yanvarın 1-nə 3,5 milyon manat (təkrar sığorta şirkətləri üçün 7 milyon manat), 2012-ci il yanvarın 1-nə 5 milyon manat (10 milyon manat) həcmində planlaşdırılıb.

Azərbaycanda 27 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti