...

ATƏT Bakıda maliyyə monitorinqi orqanlarının fəaliyyətinin öyrənilməsi üzrə seminar keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2010 16:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ATƏT-in Bakı ofisi ilə birgə dekabrın 16-17-də "Maliyyə monitorinqi orqanlarının fəaliyyətinə dair beynəlxalq təcrübə" mövzusunda treninq-seminar təşkil edib.
ATƏT Bakıda maliyyə monitorinqi orqanlarının fəaliyyətinin öyrənilməsi üzrə seminar keçirir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ATƏT-in Bakı ofisi ilə birgə dekabrın 16-17-də "Maliyyə monitorinqi orqanlarının fəaliyyətinə dair beynəlxalq təcrübə" mövzusunda treninq-seminar təşkil edib. Bu barədə xidmətin cümə günü yayılan məlumatında deyilir.

Seminar ATƏT-in dəstəyi ilə cəlb edilmiş Böyük Britaniyadan və İsveçrədən olan ixtisaslaşmış beynəlxalq ekspertlər tərəfindən Mərkəzi Bankın və Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün keçirilir.

Seminarın əsas məqsədi Mərkəzi Bankın və Maliyyə Monitorinqi Xidmətinin mütəxəssislərinin pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qabaqcıl dünya təcrübəsi ilə tanış olmalarını təmin etmək, onların bu sahədə praktiki bilik və bacarıqlarının yüksəldilməsinə dəstək verməkdir.

İki günlük seminar müddətində beynəlxalq ekspert tərəfindən edilən təqdimatlar pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində qlobal tendensiyalar, pulların yuyulması risklərinin idarə edilməsində bank sektorunun rolu, şübhəli əməliyyatlara dair hesabatların təhlili, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, pulların yuyulması tendensiyaları ilə bağlı tipologiya hesabatları və digər bu kimi praktiki mövzuları əhatə edir.

Xəbər lenti

Xəbər lenti