Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Ü.İsmayılova/
"AtaSığorta" ASC-nin tibbi sığorta sahəsində ixtisaslaşan "MƏRKƏZİ" filialının fəaliyyətinin genişləndırılməsi ilə əlaqədar yeni açılan aşağıdakı vakant iş yerlərinə işçi qəbulu elan edir. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
- dispetçer xidmətinin koordinatoru
- həkim ekspert
- satış üzrə nümayəndə.
Üstünlük tibbi sığorta sahəsində təcrübəsi olan şəxslərə veriləcək.
Maraqlananlar məlumatları (CV) bu elektron ünvana göndərə bilərlər: [email protected]
"AtaSigorta" 2004-cü ilin sentyabrında fəaliyyətə başlayıb. Şirkət "AtaHolding" şirkətlər qrupuna daxildir. Şirkətin nizamnamə kapitalı 4,8 milyon manat təşkil edir.