...

Azərbaycan ipoteka kreditləşməsinin alman modelinə keçmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2011 14:05 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə tətbiq edilən ipoteka kreditləşməsi modelinin təkmilləşdirilməsinə ehtiyac görür.
Azərbaycan ipoteka kreditləşməsinin alman modelinə keçmək niyyətindədir

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə tətbiq edilən ipoteka kreditləşməsi modelinin təkmilləşdirilməsinə ehtiyac görür. Bu barədə çümə axşamı jurnalistlərə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov deyib.

"Biz ipoteka kreditləşməsinin digər modelinin işə salınmasına kəskin ehtiyacın olduğunu görürük. Mövcud ipoteka modeli təkmilləşdiriləcək və alman modeli adlandırılan modelin tətbiqinə başlanılacaq", - Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, yeni modelin xüsusiyyəti əhalinin əmanətlərinin toplanması sistemi vasitəsilə ipoteka kreditləşməsinin yaradılması imkanı olacaq.

Rüstəmov bildirib ki, ötən il olduğu kimi, cari ildə də dövlət büdcəsindən ipoteka kreditləşməsinə 14 milyon manat ayrılıb.

"Kommersiya və sosial ipotekaya tələbat yüksəkdir və biz hökumətlə mənzil maliyyələşdirilməsinin həcmini genişləndirmək üçün əlavə imkanlar axtarırıq", - o bildirib.

Rüstəmovun sözlərinə görə, ölkədə ipoteka kreditlərinə tələbat xüsusilə tikinti sektorunun fəallığı ilə əlaqədardır.

"İpoteka bazarının inkişafından mənzil satışının həcmi, bu sektora qoyulan investisiyaların azad edilməsi asılı olacaq ki, onlar yenidən ölkənin qeyri-neft sektorunun inkişafına yönəldilə bilsin", - AMB rəhbəri vurğulayıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində fəaliyyət göstərən İpoteka Fondunun (AİF) xətti ilə 2010-cu ildə 95,9 milyon manat kredit verilib. Bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 90,5 milyon manat təşkil edib. 2010-cu il dövlət büdcəsindən sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 14 milyon manat ayrılıb. 2010-cu ildə AİF-in 81 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti