...

Azərbaycan müəssisələrinə qida təhlükəsizliyinin beynəlxalq idarəetmə sistemlərinin tətbiqi tövsiyə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2011 15:58 (UTC +04:00)
İstehlakçıların hüquqlarının qorunmasında, əhalinin keyfiyyətli və təhlükəsiz məhsullarla təmin edilməsində, yerli məhsulların beynəlxalq bazarlara, o cümlədən Avropa İttifaqı ölkələrinə ixracının stimullaşdırılmasında beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin (HACCP, İSO 22000) tətbiqi mühüm rol oynayacaq.
Azərbaycan müəssisələrinə qida təhlükəsizliyinin beynəlxalq idarəetmə sistemlərinin tətbiqi tövsiyə olunub

Azərbaycan, Bakı, 8 fevral /Trend/

İstehlakçıların hüquqlarının qorunmasında, əhalinin keyfiyyətli və təhlükəsiz məhsullarla təmin edilməsində, yerli məhsulların beynəlxalq bazarlara, o cümlədən Avropa İttifaqı ölkələrinə ixracının stimullaşdırılmasında beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin (HACCP, İSO 22000) tətbiqi mühüm rol oynayacaq. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Fevralın 8-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin həyata keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə "Müəssisələrdə beynəlxalq qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin (HACCP, İSO 22000) tətbiqinin nəzəri və praktiki məsələləri" mövzusunda seminarlara başlanılıb.

İki gün davam edəcək seminarlarda fındıq və nar şirəsi məhsullarının istehsalı və emalı ilə məşğul olan 50-dək sahibkar, eləcə də aidiyyəti dövlət orqanlarının mütəxəssisləri iştirak edəcəklər.

Seminarda GTZ tərəfindən dəvət olunmuş xarici ekspertlər beynəlxalq qida təhlükəsizliyinin idarəedilməsi sistemlərinin (HACCP, İSO 22000) əsasları, bu sistemlərin müəssisələrdə tətbiqi, məhsulların qablaşdırılmasına, etiketlənməsinə, saxlanmasına, daşınmasına olan tələblər, müəssisə daxilində nəzarət sisteminin qurulması və s. mövzularda məruzələrlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti