...

Azərbaycan Nəqliyyat Nazirliyi yol layihəsi çərçivəsində kotirovkaların sorğusunu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2011 16:33 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" Səhmdar Cəmiyyəti Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində məsləhətçinin xidmətlərini cəlb etmək məqsədilə kotirovkaların sorğusunu elan edib.
Azərbaycan Nəqliyyat Nazirliyi yol layihəsi çərçivəsində kotirovkaların sorğusunu elan edib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" Səhmdar Cəmiyyəti Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində məsləhətçinin xidmətlərini cəlb etmək məqsədilə kotirovkaların sorğusunu elan edib.

Sorğu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun dörd zolağadək genişləndirilməsi planının hazırlanması üzrə məsləhətçi xidmətlərinin göstərilməsi, ətraf mühitin qiymətləndirilməsi və ətraf mühitin idarə edilməsi üçün elan edilib.

Əlavə məlumat almaq istəyənlər saat 10:00-dan saat 16:00-dək Az 1010 Bakı, Ü.Hcıbəyov küç. 72/4 ünvanına, eləcə də (+ 994 12) 493 00 45 telefonuna, (+ 994 12) 493 46 65 faksına müraciət edə bilərlər. Elektron poçt ünvanı: [email protected]

İştirak üçün ərizələr yuxarıda göstərilən ünvana martın 3-dən gec olmayaraq təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti