Azərbaycan, Bakı, 13 may /Trend/
"Başak-İnam Sığorta Şirkəti" ASC "Facebook" səhifəsində aprelin 1-dən başlamış "Yol əhvalatı" adlı müsabiqəni mayın 10-da sona çatdırıb. Müsabiqədə 16 nəfər iştirak edib, bu iştirakçılar birlikdə 1679 səs toplayıb. Müsabiqənin şərtlərinə əsasən, ilk 3 yeri və "Qran Pri"ni qazanan şəxsə hədiyyələr verilməlidir. Müsabiqə nəticələrinə görə "Qran Pri" qazanılmadı.
Bundan başqa, şirkət qalib olmayan bütün iştirakçılara da həvəsləndirici mükafat müəyyənləşdirib.
Hədiyyələrin təqdimatı mayın 16-da saat 13:00-da "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ofisində təqdim ediləcək.
"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi İNAM təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam Sığorta Şirkəti" Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilib. Sonradan bu ortaqlığa "AzərTürkBank" ASC də qoşulub. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor's reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılıb.
2008-ci ildə qəbul edilmiş "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən 23 yanvar 2009-cu il tarixdən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 370 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.