...

Azərbaycanın milli peyk rabitəsi operatorunun səhmlərinin ilk emissiyası qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 15:02 (UTC +04:00)
Emissiyaya hər birinin nominal dəyəri 20 manat olan 2 milyon səhm daxildir.
Azərbaycanın milli peyk rabitəsi operatorunun səhmlərinin ilk emissiyası qeydə alınıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərkosmos" ASC-nin ümumi məbləği 40 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qapalı yerləşdirmə üsulu ilə qeydə alıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nın çərşnəbə axşamı yaydığı məlumatda deyilir.

Emissiyaya hər birinin nominal dəyəri 20 manat olan 2 milyon səhm daxildir.

"Azərkosmos" ASC Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları nəzdində yaradılıb. ASC-nin əsas məqsədi orbitə Azərbaycanın peykinin çıxarılması üzrə işlərin həyata keçirilməsi, onun idarə edilməsi və istismarı, eləcə də peyk rabitəsi xidmətlərinin göstərilməsidir (internet xidmətləri, televiziya və radio yayımı, şəkilçəkmə, naviqasiya xidmətləri və s.).

Mayın 24-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti