...

"Bank of Baku" 11-ci nümunəvi müştərisini müəyyən etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

"Bank of Baku" 1 iyul 2011-ci il tarixində "Nümunəvi Müştəri" adlı həvəsləndirici kampaniyasının 11-ci uduşunu keçirib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda Bank of Baku-da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 78 597 müştərinin xüsusi identifikasiya kodu iştirak edirdi.

Kompüterin təsadüfi seçimi vasitəsilə 1 qalib kredit müştərisi - "Azərbaycan Dəmir Yol" QSC-nin 1 №-li müəssisəsinin Xaçmaz yol sahəsində çalışan Babayev Rafiq Bank of Baku-dan 1000 manat məbləğində pul mükafatı qazandı.

"Nümunəvi Müştəri" kampaniyası 5 avqust 2010 - 5 avqust 2011-ci il tarixləri arasında keçirilir. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edir. Qeyd edək ki, "Nümunəvi Müştəri" kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 11 "Nümunəvi Müştəri"sinin hər biri 1000 manat, 55 müştərinin hərəsi isə Bank of Baku-dan 200 manat məbləğində pul mükafatı qazanıb.

İyulun 6-na olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti