...

"Parabank" mobil rabitə operatorları işçilərinə kredit məhsulu təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 15:52 (UTC +04:00)
"Parabank" müştərilərin bütün kredit məhsullarından daha rahat və asan yararlana bilməsi üçün kreditlərin şərtlərinə və faiz dərəcələrinə mütəmadi olaraq nəzər yetirir və bu şərtləri onların imkanları və ehtiyaclarına müvafiq olaraq yüngülləşdirir.
"Parabank" mobil rabitə operatorları işçilərinə kredit məhsulu təklif edir

Azərbaycan, Bakı, 18 iyul /Trend/

"Parabank" müştərilərin bütün kredit məhsullarından daha rahat və asan yararlana bilməsi üçün kreditlərin şərtlərinə və faiz dərəcələrinə mütəmadi olaraq nəzər yetirir və bu şərtləri onların imkanları və ehtiyaclarına müvafiq olaraq yüngülləşdirir. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Buna əyani sübut olaraq mobil rabitə operatoru işçilərinə əməkhaqqının 5 mislinə qədər illik 18%-lə 24 ay müddətinə kreditlərin verilməsinə başlanıb. Bu krediti əldə etmək istəyən hər bir mobil rabitə operatorunun işçisi 6 ay staj olmaqla, iş yerindən arayış təqdim edərək bu krediti əldə edə bilər.

Müştəriyə yalnız bir nəfər şəxsin zamin olması tələb olunur. Bu kreditin digər üstünlükləri isə cüzi komisyon haqqının olması, kreditin tez bir zamanda əldə olunmasından və təkrar kreditin daha əlverişli şərtlərlə verilməsindən ibarətdir.

Bu kreditdən yaralanmaq və ya əlavə məlumat əldə etmək üçün 139 banka zəng xidmətindən faydalana bilərsiniz.

Xəbər lenti

Xəbər lenti