...

İlin sonunadək Azərbaycanın daha 8 rayonunda su təchizatı sistemlərinin yenidən qurulmasına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 19:33 (UTC +04:00)
"Azərsu" ASC Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə su təchizatı sisteminin yaxşılaşdırılması üzrə tikinti işlərinə başlayıb.
İlin sonunadək Azərbaycanın daha 8 rayonunda su təchizatı sistemlərinin yenidən qurulmasına başlanacaq

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Beynəlxalq maliyyə institutları ilə sazişlər çərçivəsində "Azərsu" ASC Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə su təchizatı sisteminin yaxşılaşdırılması üzrə tikinti işlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Azərsu"nun sədri Qorxmaz Hüseynov deyib.

"2011-ci ilin sonunadək ölkənin daha 8 rayonunda - Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlamaq planlaşdırılır, - Hüseynov qeyd edib. - Eyni zamanda, büdcə vəsaitləri hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması aparılır".

Hazırda Nazirlər Kabinetində dövlət büdcəsinə edilən dəyişikliklər nəticəsində ayrılan vəsaitlər hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün müzakirələr aparılır. Digər rayonlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti