...

Azərbaycan bankı "Bank Standard" "Cash by Code" xidmətini istifadəyə verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2011 11:57 (UTC +04:00)
Azərbaycan bankı "Bank Standart" plastik kartı olmayan şəxslərə bankomat vasitəsilə pul göndərməyə imkan verəcək yeni xidmətini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.
Azərbaycan bankı "Bank Standard" "Cash by Code" xidmətini istifadəyə verib

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycan bankı "Bank Standart" plastik kartı olmayan şəxslərə bankomat vasitəsilə pul göndərməyə imkan verəcək yeni xidmətini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Bankomatlar vasitəsilə təqdim olunan "Cash-by-Code" xidməti ilə "Bank Standard"ın müştəriləri öz kartlarından ölkə daxilində və günün istənilən vaxtında digər şəxsə pul göndərə biləcəklər. Bankomatlarda təqdim olunan və bir kartdan digərinə ani olaraq vəsait köçürməyə imkan verən digər "Card-to-Card" xidmətindən fərqli olaraq "Cash by Code" xidməti plastik kartı olmayanlara bankomatlardan nağd pul çıxartmağa imkan verir.

Bu xidmətdən istifadə etmək istəyən şəxs plastik kart və PİN kod vasitəsilə bankomatın menyusuna daxil olur. "Cash by Code" düyməsini seçərək təlimata uyğun olaraq köçürülən pulun valyutasını, məbləğini və köçürməni alanın mobil telefonunun nömrəsini daxil edir. Əməliyyat başa çatdırıldıqdan sonra, bankomat köçürməni almaq üçün istifadə olunan kodun birinci hissəsini çek üzərində çap edir. Bu kod pul alana çatdırılmalıdır. Kodun ikinci hissəsi birbaşa köçürməni alan şəxsin mobil telefonuna ismarıc şəklində göndərilir. Qeyd olunduğu kimi, köçürülən vəsaiti almaq üçün plastik kart tələb olunmur. ATM menyusuna daxil olub vəsaiti almaq üçün bankomatın "Cash by Code" düyməsini basmaq kifayətdir. Daha sonra o, kodun hər iki hissəsini birləşdirib onu bankomata daxil etməklə göndərilən məbləği ala bilər.

"Bank Standard" bankomatlarının əlverişli mövqeləri bu xidmətin istifadəçilərinin sayını artıracaq. Qeyd edək ki, "Cash-by-Code" xidmətinin köməkliyi ilə pul göndərib-almaq istər sayı 90-ı ötən "Bank Standard"ın bakomatları ilə, istərsə də "Azəricard" sisteminə daxil olan əksər yerli bankların bankomatları vasitəsilə mümkündür.

Xəbər lenti

Xəbər lenti