...

Coca-Cola-dan "Xoşbəxtlik maşınını" (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2011 11:21 (UTC +04:00)
Dünyada ən iri alkoqolsuz içkilər istehsalçısı "Coca-Cola" Azərbaycanda "Xoşbəxtlik maşınını" çıxarıb. Uzərində "Xoşbəxtliyin növbəti dayanacağı harada olacaq?" yazılmış yük avtomobili görənləri heyrətləndirərək, onlara sərinləşdirici içkilər, surpriz hədiyyələr paylayır. Hədiyyə yağışı ilə dolu yük avtomobilini Bakının və bir cox iri şəhərlərməzən hər bir guşəsində görmək mümkündür - küçələrdə, parklarda, yaşayış binalarının həyətlərində və s. Sürprizlərlə zəngin olan hədiyyələri əldə etmək üçün sadəcə avtomobildə quraşdırılan düyməni toxunmaq kifayətdir. "Xoşbəxtlik maşınının" ilk səfərlərindən hazırlanmış video artıq hazırdır
Coca-Cola-dan "Xoşbəxtlik maşınını" (FOTO)

Dünyada ən iri alkoqolsuz içkilər istehsalçısı "Coca-Cola" Azərbaycanda "Xoşbəxtlik maşınını" çıxarıb. Uzərində "Xoşbəxtliyin növbəti dayanacağı harada olacaq?" yazılmış yük avtomobili görənləri heyrətləndirərək, onlara sərinləşdirici içkilər, surpriz hədiyyələr paylayır. Hədiyyə yağışı ilə dolu yük avtomobilini Bakının və bir cox iri şəhərlərməzən hər bir guşəsində görmək mümkündür - küçələrdə, parklarda, yaşayış binalarının həyətlərində və s. Sürprizlərlə zəngin olan hədiyyələri əldə etmək üçün sadəcə avtomobildə quraşdırılan düyməni toxunmaq kifayətdir. "Xoşbəxtlik maşınının" ilk səfərlərindən hazırlanmış video artıq hazırdır:

http://www.youtube.com/watch?v=-RwWo0lpkxY

Coca-Cola-nın 125 illiyinə həsr olunmuş layihə "Xoşbəxtliyi aç!" ("Open Happiness!") adlı qlobal konsepsiyasına uyğun olaraq "Xoşbəxtliyin növbəti dayanacağı harada olacaq?" sloqanı altında keçirilir. Artıq bu kampaniya dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilib - Braziliyada, Filipində, Kanadada, Çində və s. Azərbaycan MDB məkanında bu kampaniyanın keçirildiyi ilk ölkədir.

1886-cı ildə əczaçı Jon Pamberton tərəfindən təməli qoyulmuş The Coca Cola Company 125 il ərzində iki yüz ölkədə fəaliyyət göstərən, işçilərini sayı 139 000 artıq olan nəhəng bir şirkətə çevrilmişdir.

Uzun illər dünyanın ən qiymətli brendi adını qoruyan Coca-Cola, 2010-cu ildə ümumdünya brend-konsaltinq üzrə "İnterbrand" agentliyinın dünya brendləri reytinqində birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti