...

"ABB-MOSKVA" RBK-nın "Rusiya banklarının reytinqi: ilin I yarısının yekunları" reytinqinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2011 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

"ABB-MOSKVA" (Azərbaycan Beynəlxalq Bankı-Moskva) RBK-nın "Rusiya banklarının reytinqi: ilin I yarısının yekunları" reytinqinə daxil olaraq xalis aktivlər üzrə 150-ci mövqeyi tutub. Bu barədə çərşənbə axşamı bankın məlumatında deyilir.

İlin birinci yarısının yekunları üzrə, bankın xalis aktivləri 16 954,17 milyon rubl (il ərzində dəyişiklik - 5,63 faiz) təşkil edib. Bank həmçinin likvid aktivlər üzrə (1 446,07 milyon rubl) 165-ci mövqeni, (il ərzində dəyişiklik 99,87 faizdir), kredit portfeli üzrə 139-cu mövqeni (8 833,35 milyon rubl); hüquqi şəxslərə verilən kreditlər üzrə 114-cü mövqeni (7 681,70 milyon rubl); fiziki şəxslərə verilən kreditlər üzrə 171-ci mövqeni (1 151,65 milyon rubl); depozit portfeli üzrə 229-cu mövqeni (5 457,96 milyon rubl); hüquqi şəxslərin depozitləri üzrə 202-ci mövqeni (3 032,45 milyon rubl); fiziki şəxslərin depozitləri üzrə 238-ci mövqeni (2 425,51 milyon rubl) tutub.

"ABB-Moskva" 2002-ci Azərbaycan Beynəlxalq Bankının 100 faizlik törəmə strukturu kimi yaradılıb. Bankın şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 13 satış ofisi var.

Xəbər lenti

Xəbər lenti