...

Azərbaycanda KİV nümayəndələri üçün "Mərkəzi bankçılıq" mövzusunda təlim kursu başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2011 18:09 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankında (AMB) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin iqtisadi biliklərinin artırılması məqsədilə keçirilən "Mərkəzi bankçılıq" mövzusunda təlim kursu başa çatıb.
Azərbaycanda KİV nümayəndələri üçün "Mərkəzi bankçılıq" mövzusunda təlim kursu başa çatıb

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Mərkəzi Bankında (AMB) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin iqtisadi biliklərinin artırılması məqsədilə keçirilən "Mərkəzi bankçılıq" mövzusunda təlim kursu başa çatıb.

AMB-nin Kommunikasiya Strategiyası çərçivəsində ilk dəfə keçirilən və iki ay davam edən on sessiyadan ibarət təlim proqramında 20-yə yaxın media nümayəndəsi pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında biliklərini artırıblar.

Treninqlər Mərkəzi Bankın mütəxəssisləri tərəfindən AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzində keçirilib. Jurnalistlər pul siyasətinin məqsədləri, çərçivəsi, iqtisadiyyata təsir mexanizmi, valyuta ehtiyatlarının və nağd pul dövriyyəsinin idarə olunması, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumatlar əldə ediblər. KİV nümayəndələri 2 aylıq treninqlərin sonunda xüsusi sertifikatlarla təltif ediliblər.

Tam kursu başa vuran jurnalistlərə sertifikatları təqdim edən Mərkəzi Bankın sədr müavini Aftandil Babayev bildirib ki, AMB-nin uğuru onun effektiv kommunikasiyasından çox asılıdır.

"Treninqlər jurnalistlərin Mərkəzi Bankın fəaliyyəti barədə daha dərindən maarifləndirilməsi məqsədi ilə keçirilib. AMB pul-məzənnə və bank quruculuğu siyasətinin kommunikasiya hədəflərinə effektiv çatdırılmasında medianın roluna çox böyük önəm verərək bu tipli tədbirlərin keçirilməsini bundan sonra da davam etdirəcək", - Babayev qeyd edib.

AMB-nin Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynov isə çıxışı zamanı maliyyə və iqtisadiyyat sahəsində çalışan jurnalistlərin öz iqtisadi biliklərini artırmaqla Azərbaycan iqtisadiyyatının inkişafinda daha fəal rol oynayacaqlarına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti