...

Azərbaycanın su operatoru "Qaynar xətt" nömrəsini dəyişib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 18:05 (UTC +04:00)
"Azərsu" Acıq Səhmdar Cəmiyyəti tərəfindən "Qaynar xətt" xidmətində istifadə olunan 961 nömrəsi oktyabrın 12-dən 955 nömrəsi ilə əvəz edilib.
Azərbaycanın su operatoru "Qaynar xətt" nömrəsini dəyişib

Azərbaycan, Bakı, 13 oktyabrı /Trend, müxbir А.Аxundov/

Azərbaycanın su operatoru - "Azərsu" Acıq Səhmdar Cəmiyyəti tərəfindən "Qaynar xətt" xidmətində istifadə olunan 961 nömrəsi oktyabrın 12-dən 955 nömrəsi ilə əvəz edilib.

"Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abunəçiləri 955, bölgələrdəki sabit telefon abunəçiləri, eləcə də mobil telefon istifadəçiləri 012955 nömrəsini yığaraq "Qaynar xətt" xidmətindən istifadə edə bilərlər", - cümə axşamı ASC-dən Trend-ə verilən məlumatda deyilir.

"Azərsu" ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955 nömrəsinə zəng edib "Qaynar xətt"ə məlumat versinlər.

Xəbər lenti

Xəbər lenti