...

2012-ci ildə Azərbaycanda pensiyaların baza hissəsi arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 16:32 (UTC +04:00)
Sosial sığorta üzrə yığımların artıqlaması ilə yerinə yetirilməsi proqnozunun saxlanması gələn il Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artım ehtimalını artırır.
2012-ci ildə Azərbaycanda pensiyaların baza hissəsi arta bilər

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Axundov/

Sosial sığorta üzrə yığımların artıqlaması ilə yerinə yetirilməsi proqnozunun saxlanması gələn il Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artım ehtimalını artırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov bildirib.

"Pensiyaların baza hissəsinin artması məsələsi sosail sığorta mükafatlarının yığımı ilə bağlıdır. İlin ilk doqquz ayı ərzində büdcədənkənar sektora dövlət icbari sığortasından daxiolmalar üzrə proqnoz 100,9 faiz yerinə yetirilib", - o deyib.

Müslümovun sözlərinə görə, bu, yığımların artıqlaması ilə toplanması prosesinin getməsinin sübutudur və əməkhaqqıların artması, maaşların qanuniləşdirilməsi səviyyəsinin yüksəlməsi, habelə qeydiyyata alınan işçilərin sayının artması ilə bağlıdır.

"Əgər bu proses davam edərsə, o zaman baza hissənin artması üçün real imkan mövcuddur. Bunu yalnız dövriyyədən yığılmış vəsaitlərin hesabına etmək doğru olar, çünki bu, inflyasiya yaratmır. Əks halda, inflyasiya əmələ gətirən amillər yaranır", - Müslümov deyib.

Azərbaycanda əmək pensiyası iki hissədən - baza və sığorta hissəsindən ibarətdir. Ölkədə pensiyaların baza hissəsi 85 manat təşkil edir.

Oktyabrın 14-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti