...

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 4,7 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2011 19:41 (UTC +04:00)
Üçüncü rübün yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklardakı ümumi əmanətləri 4,7 faiz artaraq 3,539 milyard manat təşkil edib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 4,7 faiz artıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/

Üçüncü rübün yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklardakı ümumi əmanətləri 4,7 faiz artaraq 3,539 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Fondun məlumatında deyilir.

Bu həcmdən 2,125 milyard manat qorunan əmanətlərə, 1, 414 milyard manat isə qorunmayan əmanətlərə aiddir. Hesabat dövründə qorunan əmanətçilərin sayı 5 542 397 nəfər təşkil edib.

Üç rüb ərzində Fondun 43 üzv bankının təqvim haqları 1,308 milyon manat, 1,453 milyon dollar və 193 min avro təşkil edib.
Fondun sığorta ehtiyatları üçüncü rüb ərzində 6,2 faiz artaraq 39,3 milyon manat təşkil edib.

2010-cu il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

ADIF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb.
Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü Fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab vermədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanətlərin qəbulunu apara bilmir.

Oktyabrın 27-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti