...

Sumqayıtdakı günəş panelləri zavodu kütləvi istehsala dekabrda başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 12:23 (UTC +04:00)
Hazırda Sumqayıtda tikilməkdə olan günəş panelləri zavodu dekabrda kütləvi istehsala başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.
Sumqayıtdakı günəş panelləri zavodu kütləvi istehsala dekabrda başlayacaq

Azərbaycan, Bakı, 31 oktyabr / Trend, müxbir E.İsmayılov /

Hazırda Sumqayıtda tikilməkdə olan günəş panelləri zavodu dekabrda kütləvi istehsala başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Agentlik Azərbaycanın Sənaye və Energetika Nazirliyinin tərkibinə daxildir.

Məlikovun sözlərinə görə, hazırda zavodun tikintisi çərçivəsində avadanlıqların quraşdırılması işləri aparılır və artıq dekabrda zavod kütləvi istehsala başlaya biləcək.

Zavod günəş panellərinin istehsalı ilə yanaşı enerjiyə qənaət edən LED-lampaları da buraxacaq.

Zavodun tikintisi özəl sektor tərəfindən maliyyələşdirilir. Onu Alternativ və Bərpa Olunan Enerji Mənbələri Agentliyinin dəstəyi ilə "Azgüntex" şirkəti tikir.

Zavodda quraşdırılan avadanlıqlar Almaniyada istehsal olunub. Qiymətlər Çin istehsalçılarının təklif etdikləri məhsulların qiymətlərinə uyğundur.

Müəssisənin illik istehsal gücü ümumi gücü 25 meqavatdan artıq olan 100 min ədəddən çox fotoelektrik modulalrı, habelə bir milyon ədədə yaxın müxtəlif enerjiyə qənaət edən lampalardır.

Xəbər lenti

Xəbər lenti