...

Azərbaycan biznesi Şimali Qafqazdakı investisiya layihələrində fəal iştiraka dəvət edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2011 14:33 (UTC +04:00)
Kooperasiya, sənaye, kənd təsərrüfatı, energetika, turizm kompleksində qarşılıqlı fəaliyyət həm Azərbaycan, həm də Dağıstan və ümumilikdə Rusiya üçün böyük əhəmiyyətə malik olacaq.
Azərbaycan biznesi Şimali Qafqazdakı investisiya layihələrində fəal iştiraka dəvət edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend /

Kooperasiya, sənaye, kənd təsərrüfatı, energetika, turizm kompleksində qarşılıqlı fəaliyyət həm Azərbaycan, həm də Dağıstan və ümumilikdə Rusiya üçün böyük əhəmiyyətə malik olacaq. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşdə Dağıstan Respublikasının Prezidenti Məhəmmədsalam Məhəmmədov deyib. Xəbəri "RİA Dağıstan" yayıb.

Mustafayev dünən Mahaçqalada keçirilən Azərbaycan-Rusiya biznes forumunda iştirak edən nümayəndə heyətinə rəhbərlik edib. Səfər Prezident İlham Əliyevin tapşırığına uyğun, RF hökuməti sədrinin müavini RF Prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin oktyabrda Bakıya səfəri zamanı əldə edilən razılaşmaya uyğun həyata keçirilib.

"Azərbaycan iqtisadi inkişafın yüksək sürətini nümayiş etdirir. İnvestisiyanın inkişafı, investisiya layihələrinin reallaşdırılmasının yaxşı potensialı toplanıb. Biz bu yolun başlanğıcındayıq. Bizim forumda RFŞQ subyektlərinin nümayəndələrinin də iştirak etməsi çox yaxşıdır. Hesab edirəm ki, yaxşı bünövrə Bakıda qoyulub, bu gün isə davam etdiriləcək. Əminəm ki, biz çox yaxşı, ciddi konkret layihələrin reallaşdırılmasına başlayacağıq", - Məhəmmədov deyib.

Şahin Mustafayevin sözlərinə görə, nümayəndə heyətinin tərkibinə 45-ə yaxın biznesmen daxil olub ki, onlar Azərbaycandakı iri holdinqləri, biznes strukturlarını təmsil edən, eləcə də RFŞQ-la, eləcə də Dağıstanla əməkdaşlıqda maraqlı olan dövlət strukturlarının rəhbərləri və işçiləridirlər.

"Rusiya nümayəndə heyətinin Azərbaycana son səfəri zamanı iqtisadi və mədəni əməkdaşlıq haqqında daha bir saziş imzalanıb. Bütün bunlar münasibətlərimizin inkişafı üçün əlverişli normativ-hüquqi baza yaradır. Bu şəraitdən, əlaqələrdən istifadə etməmək, əlbəttə, doğru olmazdı. Biz öz tərəfimizdən Azərbaycan biznesinin Şimali Qafqazda, o cümlədən Dağıstanda olması üçün hər cür şərait yaradırıq. Artıq əsası qoyulan müəyyən layihələr var. Daha sonra, hesab edirəm ki, bizim işlərimiz daha yaxşı gedəcək. Növbəti görüşlər zamanı biz ilkin nəticələri müzakirə edəcək və bizim daha sonrakı birgə fəaliyyətimizi planlaşdıracağıq", - Mustafayev deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 400 milyon dollardan artıq sərmayə qoyulub. "Bizdə investorlar üçün əlverişli şəraitin olduğunu nəzərə alaraq, iqtisadiyyatımıza Rusiya investisiyalarının axını davam edir", - nazir bildirib.

Mustafayev bir neçə nümunə sadalayaraq qeyd edib ki, Azərbaycan biznesi tikinti, kənd təsərrüfatı və digər sahələrdə dairə ərazisində artıq fəaliyyət göstərir.

Öz növbəsində Dağıstan hökumətinin başçısının müavini Rizvan Qazıməhəmmədov respublika rəhbərliyinin mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə kömək edəcək Dağıstanda Azərbaycan günləri və Azərbaycanda Dağıstan günlərinin keçirilməsinə dair təklifini səsləndirib.

Xəbər lenti

Xəbər lenti