...

"ABB-Moskva" 2012-ci ildə öz fəaliyyətini yeni ad altında davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

2012-ci ildə "ABB-Moskva" öz fəaliyyətini yeni hüquqi ad altında davam etdirəcək. Bu barədə cümə günü jurnalistlərə bankın idarə heyətinin sədri Fuad Abdullayev məlumat verib.

"Biz Rusiya Mərkəzi Bankından bankın adının "Azərbaycan Beynəlxalq Bankı-Moskva"dan "Bank ABB-Moskva"ya dəyişməklə bağlı ilkin razılıq almışıq və ilin sonunadək bütün zəruri sənədləri alacağıq", - Abdullayev deyib.

Onun sözlərinə görə, bank bundan sonra da məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi fəaliyyət göstərəcək.

"ABB-Moskva" 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının 100 faizlik törəmə strukturu kimi yaradılıb. Bu gün bankın nizamnamə kapitalının həcmi 511 540 min rubl təşkil edir.

Xəbər lenti

Xəbər lenti