Azərbaycan, Bakı, 12 dekabr/ Trend /
"Zəfəran" apteklər şəbəkəsinin üç illiyinə həsr olunmuş Saglamlıq günləri keçiriləcək.
Alıcılar həkim tərəfindən dərman preparatlarının tətbiqi və xəstəliklərin profilaktikası üçün ən yeni metodlar barədə konsultasiya ala biləcəklər.
Konsultasiyalar "Zəfəran" apteklər şəbəkəsinin aşağıda qeyd olunan ünvanlarında keçiriləcək: 13 dekabr - Məhəmməd Hadi küç, 23 (Əhmədli), 14 dekabr - Teymur Elçin küç, 4 (İçəri Şəhər), 20 dekabr - Nizami küç, 66 (Sahil) və 21 dekabr - Azadlıq prospekti, 92 (28 may).
Müştərilərin qəbul saatları: 09.00 - 18.00.
Əlavə məlumat üçün, * 88 11 (şəhər və istənilən mobil telefonlardan) qaynar xəttinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın ən böyuk apteklər şəbəkəsi olan "Zəfəran" apteklər şəbəkəsinin digər şöbələrində də bu cür aksiyaların keçirilməsi nəzərdə tutulub.
"Zəfəran"- əsası 2008 -ci ilin dekabrnda qoyulmuş, Bakı və Azərbaycanın regionlarında fəaliyyət göstərən apteklər şəbəkəsidir.
Aptekin rahat yerləşməsi, yüksək səviyyəli xidmət, geniş seçim, əczaçıların peşəkar konsultasiyaları alıcılar arasında "Zəfəran" apteklər şəbəkəsinə olan inama səbəbdir.
Bu gün "Zəfəran" apteklər şəbəkəsinə, aparıcı ölkələrdən gələn eksklüziv dərman preparatlarını, geniş təmsil edən 60 aptek daxildir