...

Azərbaycanın qeyri-neft sektoru vergilər üzrə ödənişləri 23 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2011 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir N.İsmayılova/

2011-ci ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5 milyard 134,7 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Vergi daxilolmalarının 42,8 faizi mənfəət vergisinin, 23,5 faizi əlavə dəyər vergisinin, 12,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,8 faizi aksizlərin, 13,7 faizi isə digər vergilərin payına düşür.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 652,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur.

Bu dövrdə respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 63.021 olub. 2011-ci ilin 1 iyul tarixindən 1 dekabr tarixinədək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 8.181 nəfərdir. 1 dekabr 2011-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 416.772 olub.

2011-ci ilin 11 ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,5 faiz təşkil edir.

Dekabrın 13-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti