...

flydubai İraqa iki yeni reys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2011 12:13 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti İraqa iki yeni marşrutun istifadəyə verəcəyini bəyan edir. Aviaşirkət gələn ildən Bağdad və Ən-Nəcəf şəhərlərinə hava yolu açmağa hazırlaşır.
flydubai İraqa iki yeni reys açır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti İraqa iki yeni marşrutun istifadəyə verəcəyini bəyan edir. Aviaşirkət gələn ildən Bağdad və Ən-Nəcəf şəhərlərinə hava yolu açmağa hazırlaşır. Trend-in mməlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Beləliklə, flydubai-ın Fars Körfəzi ölkələri, Yaxın Şərq, Afrika, Hindistan, Asiya və Avropanın 27 ölkəsi üzrə marşrut şəbəkəsi 48 istiqamətə qədər genişlənəcək.

flydubai 2010-cu ildən etibarən İraqa uçuşlar təşkil edir. Ərbil və Süleymaniyyə şəhərlərinə açılan hava yolu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraq arasında sərnişin axınını xeyli artmasını təmin edərək, iki ölkə arasında ticarət dövriyyəsinin möhkəmləndirilməsinə xidmət edib. Əlavə marşrutların açılması nəticəsində flydubai həftə ərzində İraqa 14 reys həyata keçirəcək.

Yeni reyslər səyyahlara BƏƏ-dən İraqın iki iri kommersiya mərkəzinə aşağı qiymətlərlə səfər etməyə imkan verəcək. Bağdad şəhərinə 17 Yanvar 2012-ci il, çərşənbə axşamından etibarən həftədə 4 uçuş, Ən-Nəcəf şəhərinə, 29 Yanvar 2012-ci il, bazar günündən etibarən həftədə 3 uçuş həyata keçiriləcək.

"Hazırda BƏƏ-i İraqın ən yaxın ticarət tərəfdaşlarından biridir. Neft sənayesi istisna olmaqla, iki ölkə arasındakı ticarət dövriyyəsi 2008-ci ilin göstəriciləri ilə müqayisədə 32,6% artaraq, 26,4 mlrd. dirxəm təşkil edir, - flydubai aviaşirkətinin Baş Meneceri Qeyt Əl Qeyt deyir. - Ərbil və Süleymaniyyə şəhərlərinə açdığımız hava yolları işgüzar səfərlərin artmasını stimullaşdırıb. İndi isə biz BƏƏ-ni İraqın iki qabaqcıl ticarət və işgüzar mərkəzləri ilə birləşdirərək, eyni nəticələrin əldə edilməsini güman edirik. Zəngin mədəniyyət ənənələri ilə yanaşı, İraq geniş investisiya perspektivlərinə malikdir. Xüsusilə, neft, qaz sənayesi və kənd təsərrüfatı sahələrində. Ümid edirik ki, yeni reyslər Dubay və beynəlxalq biznesə bu ölkənin verdiyi geniş imkanlardan istifadə etməyə kömək edəcək".

İraqın iqtisadi və mədəni intibahı prosesini nəzərə alaraq, sərnişin axınının mühüm hissəsini iş adamları təşkil edəcəyi güman edilir. Ölkənin ümumi bərpasından savayı, İraqda xarici investisiyalar sayəsində energetika, tikinti, parakəndə ticarət və kənd təsərrüfatı sahələri inkişaf etməkdədirlər. Bundan başqa, İraqın ərazisində çoxsaylı dini və tarixi irs mərkəzləri mövcuddur.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. Şirkət Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti