...

Yanvarın 20-də Azərbaycanda elektrik qatarlarında gediş-gəliş pulsuz ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2012 11:21 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC 20 Yanvar - Milli Matəm Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb.
Yanvarın 20-də Azərbaycanda elektrik qatarlarında gediş-gəliş pulsuz ola bilər

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC 20 Yanvar - Milli Matəm Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. Bu barədə Trend-ə bazar ertəsi QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur. Plana görə, 20 Yanvar qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə fit verəcək.

Habelə, Əzməmmədovun sözlərinə görə, hazırda Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəlişin pulsuz olması məsələsinə baxılır.

"Bu məsələ nəzərdən keçirilir, pulsuz gediş-gəlişin tətbiqi üçün QSC rəhbərliyinin müvafiq sərəncamı olmalıdır", - o deyib.

Ötən il yanvarın 20-də Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəliş Bakı vaxtı ilə saat 06:00-dan 23:00-dək pulsuz olmuşdu.

Xəbər lenti

Xəbər lenti