...

Azərbaycan Nəqliyyat Nazirliyi lisenziyasız işləyən taksilərin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 17:04 (UTC +04:00)
Bakıda taksi xidmətini istehsal tarixi beş ildən artıq olmayan avtomobil vasitələri, eləcə də fəaliyyət göstərməsi üçün lisenziyası olan xüsusi fərqləndirici nişanları ilə ağ rəngli xarici markalı avtomobillər göstərə bilər.
Azərbaycan Nəqliyyat Nazirliyi lisenziyasız işləyən taksilərin sayını açıqlayıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir E. İsmayılov/

Bakıda taksi xidmətini istehsal tarixi beş ildən artıq olmayan avtomobil vasitələri, eləcə də fəaliyyət göstərməsi üçün lisenziyası olan xüsusi fərqləndirici nişanları ilə ağ rəngli xarici markalı avtomobillər göstərə bilər. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat veriblər.

Məlumata əsasən, hazırda lisenziyasız işləyən 10 mindən çox taksi fəaliyyət göstərir və nazirlik bununla bağlı mübarizə aparmaq üçün fəal işə başlayıb.

Bakıda taksiyə olan tələbatı təmin etmək üçün 3-5 min avtomobil kifayət edirsə, hazırda onların sayı bu göstəricini xeyli üstələyir və onların böyük hissəsi lisenziyasız işləyən taksilərin payına düşür.

Ötən həftə Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin birgə müşavirəsində Bakının nəqliyyat infrastrukturu müzakirə edilib.

Müşavirədə qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır.

Taksilərin və avtobusların təyin olunmamış yerlərdə dayanmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi birgə reydlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti