...

Azərbaycanda qablaşdırma materiallarının sınağı laboratoriyası yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 17:07 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) qablaşdırma materiallarının sınağı laboratoriyasının yaradılması istiqamətində işlər aparılır.
Azərbaycanda qablaşdırma materiallarının sınağı laboratoriyası yaradılır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) qablaşdırma materiallarının sınağı laboratoriyasının yaradılması istiqamətində işlər aparılır.

Komitədən bazar ertəsi Trend-ə verilən məlumata görə, laboratoriyanın yaradılmasının əsas məqsədi əhalinin gündəlik tələbat ərzaq məhsullarının qablaşdırılması zamanı istifadə olunan plastik materialların tərkibində, həmçinin bu materiallarla qidanın uzunmüddətli təmasından yarana bilən fəsadların insan orqanizminə təsiri olan maddələrin təyini və plastik materiallara olan təhlükəsizlik tələblərini müəyyən etməkdir.

"Belə ki, saxlama şəraitindən asılı olaraq müxtəlif plastik qablarda saxlanılan qida məhsullarının keyfiyyətində bir sıra dəyişikliklər baş verir. Yaradılması planlaşdırılan laboratoriyada bu dəyişiklikləri izləmək və mövcud vəziyyətə nəzarət etmək mümkün olacaq", - məlumatda deyilir.

Artıq qablaşdırma materiallarının sınaq metodlarını və laboratoriyanın təşkili qaydalarını öyrənmək məqsədilə AzTEST mütəxəssisləri Türkiyənin İstanbul şəhərində yerləşən Keyfiyyət Sistemi Mərkəzi Laboratoriyasında təlimlərdə iştirak ediblər. Təlimlərdə müxtəlif plastik materialların instrumental struktur analizi, qablaşdırma materiallarından qidaya keçə biləcək maddələrin ümumi və xüsusi miqrasiya sınaqları, həmçinin bu materillardakı ağır metalların təyini metodları öyrənilib.

Bəzi plastik qablarda olan "Bisfenol A" maddəsinin insan orqanizmi üçün təhlükəli olması onun miqdarının təyinini zəruri edir. Bu təhlükədən sığortalanmaq üçün bəzi ölkələr uşaq əmziklərinin və süni qidalandırma üçün istifadə edilən qabların istehsalında "Bisfenol A"-nı yaradan maddələrin istifadəsini qadağan edib.

Xəbər lenti

Xəbər lenti