...

Azərbaycanda istehlak bazarında 600 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 16:48 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Azərbaycanda istehlak bazarında 600 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub

Azərbaycan, Bakı, 5 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Nizami, Xətai, Nəsimi, Binəqədi, Nərimanov, Yasamal rayonlarında, habelə Zaqatala, Sumqayıt, Göygöl şəhərlərində, Ağdam, Samux, Siyəzən, Sabirabad, İmişli və Lənkəran rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 590 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti