...

Bakıdakı duman Heydər Əliyev hava limanının işinə mane olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 09:07 (UTC +04:00)
Bakıdakı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mane olmayıb.
Bakıdakı duman Heydər Əliyev hava limanının işinə mane olmayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Bakıdakı duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə mane olmayıb. Bu barədə şənbə günü Trend-ə "AZAL" QSC-dən bildiriblər.

Aviareyslərin qəbulu və göndərilməsi adi rejimdə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.

Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti