...

Astarada "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 15:54 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunda sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib.
Astarada "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunda sahibkarlar üçün "Biznes-planların və investisiya layihələrinin hazırlanması" mövzusunda treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti