...

"Azərikimya"nın təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib.

İB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Sumqayıtın səhiyyə təşkilatlarından dəvət olunmuş təcrübəli həkimlər - şəhərin terapiya, psixiatriya, infeksiya, nevropatologiya, onkologiya və digər sahələr üzrə baş mütəxəssisləri Birlik əməkçilərini maraqlandıran sualları cavablandırıb, bəzi xəstəliklərə qarşı həyata keçirilən profilaktik tədbirlərlə bağlı məsləhət və tövsiyələrini veriblər.

Həmin gün "Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Səhiyyə şöbəsinin, "Gənc Təbiblər" Şurasının, Ankara "Güvən" klinikasının Azərbaycan nümayəndəliyinin iştirakı ilə "Müasir tibb sisteminin perspektivləri" layihəsi çərçivəsində təqdimat xarakterli daha bir tədbir keçirilib. Gənc və perspektivli, inkişafa meyilli həkimlər üçün nəzərdə tutulmuş bu tədbirdə Sumqayıt şəhərinin xəstəxanalarında və özəl klinikalarında çalışan 120-dən artıq tibb işçisi iştirak edib.

Xəbər lenti

Xəbər lenti