...

Latviyanın Baş naziri ilk dəfə Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 12:49 (UTC +04:00)
Latviyanın Baş naziri Valdis Dombrovskis Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Latviyanın Bakıdakı səfiri Hardiys Baumanis məlumat verib.
Latviyanın Baş naziri ilk dəfə Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 11 aprel / Trend, müxbir S.Ağayeva /

Latviyanın Baş naziri Valdis Dombrovskis Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə günü Trend-ə Latviyanın Bakıdakı səfiri Hardiys Baumanis məlumat verib.

Diplomatın sözlərinə görə, bu Latviya hökumətinin başçısının iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri Azərbaycana ilk səfəridir.

"Səfər yaya planlaşdırılıb. Onun konkret tarixi və proqramı diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - səfir deyib.

Baumanisin sözlərinə görə, səfərin gedişində iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı imkanlarının müzakirə olunacağı gözlənilir.

2011-ci ilin yekunları üzrə Azərbaycanla Latviya arasında mal dövriyyəsi 27,9 milyon dollar təşkil edib. Bu zaman Azərbaycandan idxalın payına 13,9 milyon dollar düşüb. İxrac 14 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti