...

Güclü fırtına səbəbindən "Türk Hava Yolları" bütün aviareysləri təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 17:09 (UTC +04:00)
"Türk Hava Yolları" çərşənbə günü İstanbulda baş vermiş güclü fırtına səbəbindən onlarla daxili və beynəlxalq reysi təxirə salıb.
Güclü fırtına səbəbindən "Türk Hava Yolları" bütün aviareysləri təxirə salıb

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları" çərşənbə günü İstanbulda baş vermiş güclü fırtına səbəbindən onlarla daxili və beynəlxalq reysi təxirə salıb. Trend-in məlumatına görə, bu barədə "Türk Hava Yolları"nın rəsmi saytı məlumat verib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan çərşənbə günü Trend-ə verilən məlumata görə, Türkiyə istiqamətində təyyarələrin qəbulu və yola salınmasında problem yoxdur. Axşam reyslərinin də təxirə salınması hələlik gözlənilmir.

"Təyyarələr reyslərin həyata keçirilməsi qrafikinə uyğun olaraq həm qəbul edilir, həm də yola salınır", - aeroportdan deyiblər.

Bundan əvvəl Türkiyə tərəfindən bir neçə dəniz reysinin də ləğv edilməsi barədə məlumat verilib.

Türkiyənin İstanbul şəhərində güclü fırtına baş verib. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ciddi ziyan dəyib. Məlumata görə, bəzi evlərin damları uçub, elektrik dirəkləri aşıb, Boğaziçi körpüsü bağlanıb. İlkin məlumatlara görə, bir nəfər həlak olub. Türkiyə hidrometeoroloqları bildiriblər ki, küləyin sürəti saatda 80 kilometrə çatıb.

Xəbər lenti

Xəbər lenti