...

Bakı qəsəbələrinin inkişafına təqribən 56 milyon dollar güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 13:35 (UTC +04:00)
2012-ci ilin əvvəlindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 709 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumi dəyəri 66,8 milyon manat olan güzəştli kredit ayırıb.
Bakı qəsəbələrinin inkişafına təqribən 56 milyon dollar güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin əvvəlindən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 709 investisiya layihəsinin maliyyələşdirilməsinə ümumi dəyəri 66,8 milyon manat olan güzəştli kredit ayırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə SKMF sədri Şirzad Abdullayev bildirib.

"Fond regionlarda 642 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,9 milyon manat və Bakı qəsəbələrində 67 investisiya layihəsinin maliyyələşdirilməsinə isə 8,9 milyon manat güzəştli kredit verib", - Abdullayev deyib.

Bu layihələrin reallaşdırılması 3100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ötən il və bu ilin ötən dövrü ərzində SKMF-nin vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 277 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 28 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər istehsal edən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq (broyler) təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisəsinin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, mebel fabrikinin və metal konstruksiya olan tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 43,8 milyon manat güzəştli kredit verilib.

"Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və mebel fabriki istifadəyə verilib", - fond sədri qeyd edib.

Cümə günü Bakının Binəqədi rayonunda keçirilən növbəti yarmarkada Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir Bakı qəsəbələrindən olan təqribən 140 sahibkarın iştirakı ilə keçirilib.

SKMF 2012-ci ildə 200 milyon manat kredit verməyi planlaşdırır ki, onlardan 110 milyon manatı kerditlərin qaytarılması hesabına təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti