...

Heydər Əliyev Beynəlxalq Aeroportu "Eurovision 2012"-nin iştirakçıları və qonaqlarının qəbuluna tam hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 13:46 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportu paytaxtda "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının və turistlərin yüksək səviyyədə qəbuluna hazırdır.
Heydər Əliyev Beynəlxalq Aeroportu "Eurovision 2012"-nin iştirakçıları və qonaqlarının qəbuluna tam hazırdır

Azərbaycan, Bakı,4 may /Trend, müxbir E.İsmayılov /

Heydər Əliyev Beynəlxalq Aeroportu paytaxtda "Eurovision 2012" mahnı müsabiqəsinin iştirakçılarının və turistlərin yüksək səviyyədə qəbuluna hazırdır. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, aeroportun aerovağzal binası bu yaxınlarda modernləşdirilib və bütün sərnişinlərin, paytaxtın qonaqlarının qəbul edilməsinə tam hazırdır.

Eləcə də modernləşdirmə çərçivəsində aerovağzal binasının əsas fasadı ikilaylı laminə olunmuş şüşə ilə örtülüb.

"Binanın daxilində də çoxlu dəyişikliklər həyata keçirilib", - Səfərli deyib.

Onun sözlərinə görə, aeroportun "Şimal" və "Cənub" terminallarındakı gəliş və gediş zallarında siqaret çəkmək üçün on kabinə quraşdırılıb. Hər iki terminalın gediş zalında sərnişinləri təhlükəsizlik qaydaları barədə məlumatlandırmaq üçün 4 robot quraşdırılıb.

Modernləşdirmə işləri çərçivəsində binanın döşəmə və tavan örtükləri tamamilə yenilənib, eləcə də monitorlar dəyişdirilib və çıxışların sayı iki dəfə artırılıb.

Aeroportda gömrük nəzarətindən keçmə prosesi xeyli asanlaşdırılıb. Səfərli bildirib ki, habelə yük şöbəsi müasir avadanlıqlarla təchiz edilib.

Onun sözlərinə görə, aeroportun sahəsi genişləndirilib və paytaxta gələn sərnişinlərin taksi xidmətlərindən sərbəst və operativ istifadə etmələri üçün bütün şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti